...

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu 31 mart soyqırımı ilə bağlı bəyanat yayıb

Cəmiyyət Materials 31 Mart 2011 11:08 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan Cəmiyyəti 31 Mart azərbaycanlıların soyqırımı ilə bağlı bəyanat yayıb.
Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu 31 mart soyqırımı ilə bağlı bəyanat yayıb

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Hacıyev/

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan Cəmiyyəti 31 Mart azərbaycanlıların soyqırımı ilə bağlı bəyanat yayıb. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda son 200 il ərzində ermənilərin xalqımıza qarşı apardığı soyqırım əməliyyatları barədə ətraflı məlumat verilib.

Bəyanatda qeyd olunub ki, son 200 il ərzində 1 milyondan artıq azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilərək soyqırıma məruz qalıb.

"1918-ci ilin mart hadisələrinə Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra diqqət yetirilmiş, 1919 və 1920-ci illərdə 31 Mart günü ümumxalq hüzn günü kimi geyd edilmişdi. Lakin ADR süquta uğradığı üçün buna siyasi qiymətin verilməsi mümkün olmamışdı. Nəhayət Azərbaycan 1991-ci ildə özünün son müstəqilliyini əldə etdikdən sonra 1918-ci il hadisələrinə 80-ci ildönümü ərəfəsində ümummilli lider Heydər Əliyevin verdiyi sərəncama əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir", - sənəddə bildirilib.

Bəyanatda o da vurğulanıb ki, BMT-nin 4 və İslam Konfransı Təşkilatının çoxsaylı qətnamələrinə baxmayaraq, erməni qoşunları hələ də işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayıblar.

Bəyanat Dubayın İnsan Haqları İnstitutunun rəhbəri Məhəmməd Abdullaya, Dubayın Şeyx aparatının (Divanın) rəhbəri Məhəmməd İbrahim əş-Şəbaniyə və BƏƏ parlamentinin sədri Abduləziz əl-Qurəyrə də göndərilib.

Daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçiriblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Xəbər lenti

Xəbər lenti