...

Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı sürücülük vəsiqələri alınmayacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 31 Mart 2011 15:29 (UTC +04:00)
Şöbə rəisi bildirib ki, Azərbaycan Prezidentinin 14 fevral tarixli sərəncamının tələblərinə uyğun olaraq, yol polisi əməkdaşları inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqələrini İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda alırlar.
Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı sürücülük vəsiqələri alınmayacaq (ƏLAVƏ OLUNUB)

6-cı abzasdan sonra Kamran Əliyevin fikirləri əlavə olunub. İlk xəbər saat 15.29-da yayılıb.

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar sürücülük vəsiqələri alınmır. Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Əliyev bildirib ki, Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında Prezidentin fərmanına müvafiq olaraq, bu qaydanın tətbiqinə martın 14-dən başlanıb.

Şöbə rəisinin sözlərinə görə, bu sərəncama qədər qüvvədə olan qanunvericiliyə görə, inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqəsi balla qiymətləndirilən qayda pozuntuları zamanı polis əməkdaşları tərəfindən alınırdı.

Şöbə rəisi bildirib ki, Azərbaycan Prezidentinin 14 fevral tarixli sərəncamının tələblərinə uyğun olaraq, yol polisi əməkdaşları inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqələrini İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda alırlar.

"Yeni qaydalara görə, sürücülük vəsiqəsi yalnız sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan qayda pozuntuları törədildiyi halda alınmalıdır. Yəni sürücü yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmənin qərarı ilə onun sürücülük hüququ məhdudlaşdırıldıqda, yaxud da törətdiyi sonuncu inzibati xətaya qədər onun 7 və daha artıq balı olarsa və onun sonuncu törətdiyi xəta balla qiymətləndirilərsə, sürücülük vəsiqəsi alınır", - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, digər hallarda inzibati xəta törədən sürücü barədə inzibati protokol tərtib olunur və sürücü cərimələnir. Sürücü qərar qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni ödəməlidir.

Əliyevin sözlərinə görə, bundan sonra sürücülər cəriməni yalnız bank və ya plastik kart vasitəsilə ödəyəcək.

"POS-terminallardan cərimənin ödənilməsindən sonra qəbzin iki nüxsəsi veriləcək. Onlardan biri qaydanı pozan şəxsə təqdim edilir, digər orijinal çek isə tərtib olunmuş inzibati protokola bərkidilir", - şöbə rəisi deyib.

Əliyev bildirib ki, yol polisinin Mərkəzi Məlumat Bazasında hər bir sürücü və onun törətdiyi inzibati xəta barəsində məlumatlar toplanıb. Sürücülər cəriməni qanunda nəzərdə tutulan müddətdə ödəmədikdə, məlumat bazasında bu barədə məlumatlar yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti