...

Niko Pirosmaninin rəsm əsərinin Gürcüstandan Azərbaycana qanunsuz gətirilməsinə cəhd göstərilib

Cəmiyyət Materials 4 Aprel 2011 15:28 (UTC +04:00)
Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Niko Pirosmaninin "Kaxetiya çaxırı" rəsm əsərinin ölkədən çıxarılmasının qarşısını alıblar. Trend-in məlumatına görə, bu barədə bu gün Gürcüstan Baş Prokurorluğunda mətbuat konfransında bildirilib.
Niko Pirosmaninin rəsm əsərinin Gürcüstandan Azərbaycana qanunsuz gətirilməsinə cəhd göstərilib

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 4 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Niko Pirosmaninin "Kaxetiya çaxırı" rəsm əsərinin ölkədən çıxarılmasının qarşısını alıblar. Trend-in məlumatına görə, bu barədə bu gün Gürcüstan Baş Prokurorluğunda mətbuat konfransında bildirilib.

Qaçaqmalçılar qrupu şəkili Azərbaycana aparmaq istəyərkən saxlanılıb. Orada cinayətkarlar şəkili Ukrayna iş adamı - koleksiyaçıya 500 000 dollara satmaq niyyətində olublar.

Rəsm əsərini Azərbaycandan Rusiyaya aparmaq niyyətində olan ukraynalı iş adamının adı barədə hələ ki məlumat verilməyib. Bundan başqa, şəkilin real sahibinin adı da müəyyənləşdirilir.

Gürcüstan Baş Prokurorluğunun bildirdiyinə görə, şəkilin üst qatının zədələnməsi ehtimalı olub. Pirosmaninin müəllifi olduğu "Kaxetiya çaxırı" əsəri Gürcüstan İncəsənət Muzeyinə verilib.

Xəbər lenti

Xəbər lenti