...

Azərbaycan və Türkiyə gənclərinin qarşılıqlı layihələrdə iştirakı müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2011 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Türkiyə gənclərinin qarşılıqlı layihələrdə iştirakı çərşənbə axşamı Bakıda müzakirə olunub. Trend-in məlumatına görə bu barədə Gənclər Təşkilatları Milli Şurasından bildirilib.

Şurada türkiyəli gənclərlə təşkil olunan görüşdə Azərbaycan və Türkiyədə gənclər sektorunda fəaliyyət göstərən qurumlar arasında əlaqələrin qurulması müzakirə olunub. Milli Şuranın sədri Fuad Muradov Türkiyə ilə Azərbaycan arasında bütün əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, gənclər sektorları arasında əlaqələrin genişləndirilməsinin vacib amil olduğunu bildirib.

Həmçinin, beynəlxalq səviyyədə keçirilən görüşlərdə ümummilli məsələlərdə hər iki ölkə gənclərinin bir-birinə dəstək göstərməsinin vacibliyi qeyd olunub.

Türkiyədən bir qrup gəncin Azərbaycana səfəri çərçivəsində aprelin 6-da TürkPA-nın baş katibi Ramil Həsənovla görüş keçiriləcək.

Xəbər lenti

Xəbər lenti