...

Dövlət Sosial Müdafiə Fondu bu il 24881 vətəndaşa fərdi şəxsi hesab açıb

Cəmiyyət Materials 6 Aprel 2011 11:54 (UTC +04:00)
Bu ilin ilk 3 ayında Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 24881 vətəndaşa fərdi şəxsi hesab açılıb.
Dövlət Sosial Müdafiə Fondu bu il 24881 vətəndaşa fərdi şəxsi hesab açıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin ilk 3 ayında Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 24881 vətəndaşa fərdi şəxsi hesab açılıb.

Fondun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi genişlənməkdədir.

Bu il aprelin 1-dək Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 825 333 nəfərə catıb.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 1 013 851 nəfəri kişi, 811 482 nəfəri isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir.

Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 4 66 948 nəfərini təşkil edir.

Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 402 040 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 409 825 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 3 79 196 nəfər, 60 yaşdan yuxarı sığortaolunanlar isə 1 67 324 nəfər təşkil edir.

Fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

2006-cı il yanvarın 1-dən tətbiq olunan "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyaları fərdi şəxsi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Xəbər lenti

Xəbər lenti