...

Bakıda "Rusiya-Azərbaycan mədəni əlaqələri" fotosərgisi açılıb

Cəmiyyət Materials 6 Aprel 2011 18:24 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının növbəti ildönümü münasibətilə çərşənbə günü Bakıda "Rusiya-Azərbaycan mədəni əlaqələri İTAR TASS və AzərTAc-ın fotoşəkillərində" fotosərgisi açılıb.
Bakıda "Rusiya-Azərbaycan mədəni əlaqələri" fotosərgisi açılıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının növbəti ildönümü münasibətilə çərşənbə günü Bakıda "Rusiya-Azərbaycan mədəni əlaqələri İTAR TASS və AzərTAc-ın fotoşəkillərində" fotosərgisi açılıb.

Fotosərgi Rusiya İnformasiya Mədəni Mərkəzi tərəfindən təşkil edilib.

Açılışda çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, 19 il əvvəl Rusiyanın Azərbaycanla diplomatik münasibətlərinin qurulması ilə ölkələr arasında yeni tarixi mərhələ başlayıb.

Onun sözlərinə görə, bu mərhələ müsbət nəticələrlə keçəcək.

"Rusiya və Azərbaycan müstəqil dövlətlər olaraq müxtəlif sahələrdə sıx əməkdaşlığın adekvat formalarını tapıblar", - o bildirib.

"Bakı və Moskva arasında münasibətlər bir-birinin suverenliyinə qeyd-şərtsiz hörmət əsasında qurulur və ölkələrimizin milli maraqlarına cavab verir", - səfir qeyd edib.

Onun sözlərinə görə, yubileydə mədəniyyət mövzusu təsadüfən seçilməyib. Sərginin materialları ondan xəbər verir ki, iki ölkənin mədəni əlaqələrinin ən yaxşı ənənələri bu gün də onların xalqlarının mənafeyi naminə davam edir.

Sərginin açılışında AzərTAc-ın buraxılış redaktoru Yaşar Quluzadə də çıxış edib. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri həmişə müxtəlif sahələrdə inkişaf edib. Lakin məhz mədəniyyət sahəsindəki əlaqələr nəsillərdə və ömürlük qalır.

Quluzadənin sözlərinə görə, Rusiya və Azərbaycan xalqları nəinki iki ölkəni birləşdirən faktları unutmurlar, həm də bir-birinin mədəniyyətini sevir və qiymətləndirirlər.

"Biz bu başlanğıcı bütün qüvvəmizlə dəstəkləməliyik", - Quluzadə bildirib.

Sərginin açılışında Milli Məclisin deputatları, Rusiya İcmasının Azərbaycandakı rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin, deputat Qənirə Paşayeva, eləcə də Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti