...

Azərbaycanda olan əcnəbilərin 25 faizi əməkçi miqrantlardır

Cəmiyyət Materials 8 Aprel 2011 11:38 (UTC +04:00)
Azərbaycanda olan əcnəbilərin 25 faizi əməkçi miqrantlardır. Trend-in məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Azərbaycanda olan əcnəbilərin 25 faizi əməkçi miqrantlardır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir K.Zərbəliyeva/

Azərbaycanda olan əcnəbilərin 25 faizi əməkçi miqrantlardır. Trend-in məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Rəhimov bildirib ki, ölkədəki əcnəbilərin digər qismi Azərbaycan vətəndaşı ilə nikaha girənlər, yaxın qohumluq münasibətlərində olanlar, ali təhsil alanlar, əksər hissəsi isə turistlərdir.

Xidmət rəisi qeyd edib ki, Azərbaycan əmək bazarında çalışan miqrantlar Azərbaycanda təlabat olan peşələrin sahibləridir.

Azərbaycanda təqribən 450 min əcnəbinin olduğunu deyən Rəhimov vurğulayıb ki, ölkədəki əcnəbilər daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarıdır. Sonrakı yerlərdə isə ABŞ, İngiltərə, MDB ölkələrinin vətəndaşları durur. Bu ölkələrin vətəndaşlarının sayı 1000-2000 nəfərdir.

Xidmət rəisi bildirib ki, hər gün təqribən 4-5 min əcnəbi vətəndaş ölkəyə gəlir və ölkədən gedir.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı, ölkədəki siyasi sabitlik respublikanı əcnəbi vətəndaşlar üçün cəlbedici dövlətə çevirib və ölkəyə gələn əcnəbilərin sayı günbəgün artır.

Rəhimov qeyd edib ki, ölkədə viza rejiminin sərtləşdirilməsi əcnəbilərin Azərbaycana gəlməsinə təsir göstərməyib.

Ötən il 10 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alıb. Bəzi əcnəbilərə Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilməyib və onlar ölkədən çıxarılıblar. Ölkədə qanunsuz yaşayan əcnəbilərə qarşı ciddi tədbirlər görülür.

Rəhimov bildirib ki, Azərbaycanda daha çox Rusiya, Gürcüstan, İran və digər ölkə vətəndaşları miqrasiya qanunvericiliyini pozur.

Onun sözlərinə görə, ölkədə yaşamalarını leqallaşdırmaq üçün daha çox Türkiyə vətəndaşları müraciət edir.

Xəbər lenti

Xəbər lenti