...

Azərbaycanda qeydə alınan yol qəzalarının 44 faizini piyadaların vurulması təşkil edib

Cəmiyyət Materials 12 Aprel 2011 11:11 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yanvar-mart aylarında respublikada 697 yol qəzası qeydə alınıb.
Azərbaycanda qeydə alınan yol qəzalarının 44 faizini piyadaların vurulması təşkil edib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin birinci rübündə qeydə alınan yol qəzalarının 44 faizini piyadaların vurulması təşkil edib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yanvar-mart aylarında respublikada 697 yol qəzası qeydə alınıb.

Qəzalarda 204 nəfər həlak olub, 730 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qəzaların 306-sı piyadaların vurulması olub. Nəticədə 95 piyada ölüb, 226-sı yaralanıb.

Respublika üzrə qeydə alınan qəzaların yarısı Bakının payına düşüb.

Paytaxtda bu ilin 3 ayında 374 yol nəqliyyat hadisəsi zamanı 91 piyada həlak olub, 226-sı yaralanıb.

Xəbər lenti

Xəbər lenti