...

Azərbaycanın ekologiya naziri səmadakı qeyri-adi işıqlanmanın səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 Aprel 2011 13:05 (UTC +04:00)
Azərbaycanın ekologiya naziri səmadakı qeyri-adi işıqlanmanın səbəbini açıqlayıb
Azərbaycanın ekologiya naziri səmadakı qeyri-adi işıqlanmanın səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:26-da yayılıb)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Bakı səmasında qeyri-adi işıqlanmanın səbəbi günəşdəki maqnit tufanı olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, atmosferin yuxarı qatlarında suyun ionlaşmasının artması Bakı üzərində səmanın qeyri-adi rəng almasına səbəb olub.

"Bu təbii hal insan orqanizmi üçün təhlükəli deyil", - nazir qeyd edib.

Çərşənbə günü bakılılar şəhər səmasında qeyri-adi sarı-qırmızı rəngi müşahidə ediblər.

Nazir Bakıda yağan "palçıqlı yağış"la bağlı bildirib ki, yağış Azərbaycana Mərkəzi Asiya və Ərəbistan yarımadasından gələn toz tufanları nəticəsində yağıb.

"Son illər ərzində bu halların sayı artıb, bu isə qlobal mühitdə sabitliyin pozulmasının göstəricisidir", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti