...

Rumıniya Prezidentinin səfəri ilə bağlı Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 18 Aprel 2011 16:52 (UTC +04:00)
Rumıniya Prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakıda bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Rumıniya Prezidentinin səfəri ilə bağlı Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Rumıniya Prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakıda bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gün saat 18:00-dan tədbir başa çatanadək Aeroport şosesindən Heydər Əliyev prospekti ilə paytaxtın mərkəzinə doğru, yəni Yusif Səfərov, Üzeyir Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft meydanı, Niyazi, İstiqlaliyyət, Teymur Elçin və Gülüstan sarayı istiqamətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Sabah saat 09:00-dan etibarən İstiqlaliyyət, 10-cu park, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Parlament prospekti, Fəxri xiyaban, Şəhidlər xiyabanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti