...

Prokurorluq orqanlarının əməkdaşlarına Avropa Məhkəməsinin presedentləri öyrədilir

Cəmiyyət Materials 20 Aprel 2011 14:29 (UTC +04:00)
Prokurorluq orqanlarının əməkdaşları üçün "Azərbaycan Konstitusiyası və insan hüquqları üzrə beynəlxalq standartların tətbiqi" mövzusunda seminar keçirilib.
Prokurorluq orqanlarının əməkdaşlarına Avropa Məhkəməsinin presedentləri öyrədilir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Prokurorluq orqanlarının əməkdaşları üçün "Azərbaycan Konstitusiyası və insan hüquqları üzrə beynəlxalq standartların tətbiqi" mövzusunda seminar keçirilib.

Trend-in məlumatına görə, aprelin 20-də Baş Prokurorluğun Tədris Mərkəzində başlayan 2 günlük seminarda 40-a yaxın prokurorluq əməkdaşı iştirak edib.

Seminar Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Baş Prokuroluq, Almaniyanın Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu ilə birgə təşkil olunub.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Konstitusiyaya bir neçə dəfə dəyişikliklər edildiyini bildirib və qeyd edib ki, bu işdə əsas məqsəd Konstitusiyanın beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Avropa Məhkəməsinin president hüququnun öyrənilməsinə xüsusi diqqət yetirildiyini vurğulayan komitə sədri bildirib ki, bu məqsədilə Ali Məhkəmə və Baş Rrokurorluqda davamlı seminarlar keçirilir.

Azərbaycan prokurorluq orqanları əməkdaşlarının 40 faizini test imtahanı yolu ilə seçilən mütəxəssislərin təşkil etdiyini deyən Hüseynli qeyd edib ki, yeni seçilən əməkdaşlar həm beynəlxalq, həm də milli qanunvericiliklə yaxından tanış olub, bu barədə məlumatlandırılıb, digər əməkdaşlara beynəlxalq qanunvericiliyin, xüsusən də Avropa Məhkəməsinin president hüququnun öyrədilməsi məqsədilə təlim və seminarlar keçirilir.

"İnsan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyası və Azərbaycanda Konstitusiya nəzarəti mövzusunda çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev bildirib ki, Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasında insan hüquqlarının müdafiəsi ilə bağlı mexanizm göstərilib.

Onun sözlərinə görə, Konvensiya ilə qorunan hüquqlara müdaxilə yolverilməzdir və hər bir üzv dövlət bununla bağlı öhdəlik götürüb. Bu hüquqlara müdaxilə məsiliyyət yaradır.

"Avropa Şurası hesab edir ki, bu hüquqlar daha da genişləndirilməlidir və bu səbəbdən də Konvensiyaya əlavə 1, 4, 6 və 7 saylı Protokollar qəbul edilib. Həmin Protokollarda təhsil, mülkiyyət, azad seçki hüquqları daha da genişləndirilib. Konvensiya fərdlə dövlət arasında tarazılığın prinsiplərini müəyyən edir. Yəni hər bir hüquqa müdaxilə, onun məhdudlaşdırılması məqsədəuyğun olmalıdır", - Qaracayev bildirib.

"Ədalətli məhkəmə araşdırması hüququnun əsas standartları" mövzusunda çıxış edən Azərbaycan hökumətinin Avropa Məhkəməsi yanındakı səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib ki, Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 7-ci (qanunsuz cəzalandırılmamaq hüququ) maddələri Cinayət-Prosessual Məcəlləsində tam əks olunub.

Əsgərov Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında rəsmi yazışmalar aparılan cinayət hüququ sahəsindəki şikayətlər üzrə işlərdə qeydə alınan pozuntular barədə məlumat verib.

O, təqsirsizlik prezumpsiyası, cinayət prosesi ilə bağlı müddətlərin müəyyən edilməsi, həbs qətimkan tədbirin seçilməsi, məhkəmədə tərəflərin iştitakının təmin olunması ilə bağlı müəyyən problemlərin olduğunu qeyd edib və bu pozuntuların aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Səlahiyyətli nümayəndə prokuroluq əməkdaşlarından həbs qətimkan tədbiri barədə təqdimatların əsaslandırılması, müdafiə tərəfinin iştitrak etmədiyi proselərin təxirə salınması barədə vəsatətlə çıxış etməsi, şəxsin barəsində həbs qətimkan tədbinin seçilməsi üçün məhkəmə binasına gətirilməsi, şəxsin tutulduğu andan müdafiəçi ilə təmin olunması məsələlərinə xüsusi diqqətlə yanaşılmasını xahiş edib.

Almaniya Federal Ədliyyə Nazirliyinin eksperti Milyana Vistentin "Yerli məhkəmə qərarlarının icra edilməməsi, AŞ ölkələrinin qabaqcıl təcrübəsinin təhlili" və "Konvensiyadakı hüquqlara müdaxilənin standartları: hüquqilik, qanuni məqsədəuyğunluq, proporsionallıq" mövzularında çıxış edib.

Xəbər lenti

Xəbər lenti