...

Tehranda İƏT ölkələrinin korrupsiya ilə mübarizə orqanları rəhbərlərinin iclası keçiriləcək

Cəmiyyət Materials 22 Aprel 2011 16:28 (UTC +04:00)
İqtisadi Əməmkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin iclası may ayının 20-də Tehranda keçiriləcək.
Tehranda İƏT ölkələrinin korrupsiya ilə mübarizə orqanları rəhbərlərinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Cəfərov/

İqtisadi Əməmkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin iclası may ayının 20-də Tehranda keçiriləcək. Bu barədə İranın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Əmidi Trend-ə bildirib.

Əmidinin sözlərinə görə, İranın Qazaxıstandakı səfiri Qurban Seyfi cümə günü Qazaxıstanın Korrupsiya və cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi Kayrat Kojamjarovla görüşüb. "Görüşdə səfir İranın Baş Müfəttişlik İdarəsinin [General Inspection Office of Iran - məhkəmə sistemi ilə əlaqədar təşkilatdır] sədri Mustafa Purməhəmmədinin Tehrandakı iclasda iştirak üçün rəsmi dəvətnaməsini idarə rəisinə təqdim edib", - Əmidi əlavə edib.

Əmidi deyib ki, səfir görüşdə korrupsiya ilə mübarizənin əhəmiyyətindən və İranın Baş Müfəttişlik İdarəsinin ölkədə korrupsiya ilə mübarizə sahəsində rolundan danışıb.

Görüşdə Kojamjarov rəhbərlik etdiyi təşkilatın vəzifə və səlahiyyətləri barədə səfirə məlumat verib və əlavə edib ki, Tehranda keçiriləcək iclasda iştirak edəcək. "Tehrandakı iclas İran və Qazaxıstan arasında korrupsiya və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın artırılmasına töhfə verəcək", - Kojamjarov deyib.

Xəbər lenti

Xəbər lenti