...

Azərbaycandakı hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq

Cəmiyyət Materials 25 Aprel 2011 12:45 (UTC +04:00)
Yaxın iki gün ərzində Azərbaycandakı hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq.
Azərbaycandakı hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/

Yaxın iki gün ərzində Azərbaycandakı hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildirilib ki, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti və mövsüm üçün temperaturun normadan bir qədər aşağı olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bakıda və Abşeron yarımadasında aprelin 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 26-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı, gündüz əsasan yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti