...

Azərbaycanda "Piyadalar, diqqətli olun!" təhlükəsizlik həftəsi keçiriləcək

Cəmiyyət Materials 25 Aprel 2011 17:20 (UTC +04:00)
Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.
Azərbaycanda "Piyadalar, diqqətli olun!" təhlükəsizlik həftəsi keçiriləcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, təhlükəsizlik həftəsi mayın 1-dən 7-dək keçiriləcək.

Cari ilin ilk 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ölkə üzrə qeydə alınan yol nəqliyyat hadisələrinin 43,9 faizini, Bakı şəhərində isə 58,2 faizini təşkil edib.

Hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var.

Piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, mayın 1-dən 7-dək respublika ərazisində piyadalarla bağlı təhlükəsizlik həftəliyi elan edilib.

Təhlükəsizlik həftəliyi ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısını almaq məqsədi ilə reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı yüksəltmək, həmçinin, təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti