...

Azərbaycan yığması Almaniya, Macarıstan və Belarusla oynayacaq

Cəmiyyət Materials 28 Aprel 2011 20:43 (UTC +04:00)
2012-ci ildə Niderlandda keçiriləcək həndbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qadınlardan ibarət Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi.
Azərbaycan yığması Almaniya, Macarıstan və Belarusla oynayacaq

Azərbaycan, Bakı, 28 aprel /Trend/

2012-ci ildə Niderlandda keçiriləcək həndbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qadınlardan ibarət Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi.

"A" qrupunda Azərbaycan millisinin rəqibləri Almaniya, Macarıstan və Belarus yığmaları olacaq. Oktyabrın 19-20-də Macarıstan-Azərbaycan, oktyabrın 22-23-də Azərbaycan-Almaniya, martın 21-22-də (ikinci dövrə, 2012-ci il) Azərbaycan-Belarus, martın 24-25-də Belarus-Azərbaycan, martın 30-31-də Azərbaycan-Macarıstan, iyunun 2-3-də isə Azərbaycan-Almaniya görüşləri keçiriləcək.

Avropa çempionatının dekabrın 2-16-da keçiriləcək final mərhələsinə öz qruplarında ilk iki yeri tutmuş komandalar vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti