...

Azərbaycanda "Şahmat dünyası" multimedia sisteminin təqdimatı keçirilib

Cəmiyyət Materials 29 Aprel 2011 17:02 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi "Çaşoğlu Multimedia" şirkəti ilə birgə cümə günü "Şahmat dünyası" multimedia sisteminin təqdimatını keçirib.
Azərbaycanda "Şahmat dünyası" multimedia sisteminin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi "Çaşoğlu Multimedia" şirkəti ilə birgə cümə günü "Şahmat dünyası" multimedia sisteminin təqdimatını keçirib.

Layihə "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" çərçivəsində hazırlanıb. Trend-in məlumatına görə, bu barədə tədbirdə təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, sistemin bölmələrində müxtəlif mövzular peşəkar şahmatçılar və beynəlxalq ekspertlər tərəfindən hazırlanıb.

Nazir bildirib ki, hazırda sistemin ikinci hissəsi hazırlanır. Ora Azərbaycan şahmatçılarının oyunları, şahmatdakı mübahisəli məqamlar və klassik improvizasiyalar daxil ediləcək. Şahmat üzrə 15 adda dərs vəsaiti Azərbaycan dilinə tərcümə edilərək sistemdə yerləşdiriləcək.

Hazırda Təhsil Nazirliyi sistemində 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir. Orada 35 min məktəbli şahmatla məşğul olur.

Xəbər lenti

Xəbər lenti