Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Azərbaycanda seysmologiya və seymik xidmətin gələcək inkişafına dair layihə hazırlayır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutun direktoru Akif Əlizadə bildirib.
Layihə əsasında hansı məsələlərin öz həllini tapacağına gəldikdə, Əlizadə deyib ki, hazırda seysmologiya elminə aid problemlər çoxdur.
"Biz Azərbaycanın strateji obyektlərində seysmoloji monitorinq aparmağı nəzərdə tuturuq. Seysmik stansiyaların yeni şəkildə qurulması, həmin stansiyalarda kompleks şəkildə həm maqnit, həm qravimetrik, həm də elektrik sahələrinin öyrənilməsi çox vacibdir. Dəniz dibi seysmoqraflar neft platformalarında yerin geodinamikasını öyrənmək üçün çox zəruridir", - İnstitut direktoru əlavə edib.
Azərbaycanda seysmologiya və seysmik xidmətin gələcək inkişafı üzrə layihə hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Azərbaycanda seysmologiya və seymik xidmətin gələcək inkişafına dair layihə hazırlayır.
