...

Azərbaycanın Təhsil Nazirliyi "Son zəng" zamanı kütləvi gəzintilərin əleyhinədir

Cəmiyyət Materials 5 May 2011 13:37 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi "Son zəng" günü ölkənin ümumtəhsil məktəblərinin məzunlarının kütləvi gəzintilərinin tərəfdarı deyil . Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanın Təhsil Nazirliyi "Son zəng" zamanı kütləvi gəzintilərin əleyhinədir

Azərbaycan , Bakı , 5 may /Trend , müxbir Z.Əhmədova /

Azərbaycanın Təhsil Nazirliyi "Son zəng" günü ölkənin ümumtəhsil məktəblərinin məzunlarının kütləvi gəzintilərinin tərəfdarı deyil . Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

"Belə kütləvi nəzarətsiz gəzintilər zamanı mədəniyyətimizə yad olan, qabaqcadan məlum olmayan və yolverilməz vəziyyətlər yarana bilər. Ona görə də, buna yol verməməliyik", - Mərdanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda "Son zəng"lə bağlı tədbirlərin təşkili məktəb administrasiyalarının səlahiyyətindədir .

Təhsil naziri "Son zəng" tədbirlərinin keçirilməsi üçün pul toplanması məsələsinə də toxunub . Onun sözlərinə görə, bu problem gündəlikdən çıxır. Məktəb məzunlarının məktəblə vidalaşmasına həsr olunan tədbirlər çox yüksək səviyyədə təşkil olunur.

Xəbər lenti

Xəbər lenti