...

Azərbaycan Mətbuat Şurası bir sıra qəzetlərlə bağlı Baş Prokurorluğa müraciət edib

Cəmiyyət Materials 6 May 2011 17:49 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası "Bizim dövr" və "Gündəm xəbər" qəzetləri ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Azərbaycan Mətbuat Şurası bir sıra qəzetlərlə bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Mətbuat Şurası "Bizim dövr" və "Gündəm xəbər" qəzetləri ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, müraciətdə həmin qəzetlərin fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına şərait yaradan bir sıra qanun pozuntularına və sui-istifadə hallarına yol verilməsi, fiziki və hüquqi şəxslərin barəsində böhtan xarakterli olmaqla, onların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən yazıların dərc olunması qeyd olunur.

Mətbuat Şurası Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə mayın 2-də ünvanladığı müraciətdə qeyd olunan hallarla əlaqədar müvafiq tədbirlər görülməsini xahiş edib.

Hazırda müraciətdə göstərilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti