...

Sietl şəhərində Azərbaycana həsr olunmuş akademik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2011 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Sietl şəhərində Azərbaycana həsr olunmuş akademik konfrans keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan məlumat verilib.

Məlumata görə, Vaşinqton ştatı Universitetində keçirilən tədbirdə Azərbaycanı öyrənən gənc tədqiqatçılar çıxış ediblər.

Belə ki, universitetin aspirantı Corc Kunts siyasi proseslər və azərbaycanlıların milli özünüdərkinin qarşılıqlı əlaqəsi haqqında fikirlərini söyləyib. Öz növbəsində, Azərbaycandakı "Sülh korpusu" proqramının iştirakçısı, ingilis dili müəllimi Melissa Lori Qax rayonuna səfəri haqqında təəsüratlarını bölüşüb. O, rayon gənclərinin təhsil səviyyələrini artırmaq cəhdlərindən və Azərbaycan-Amerika əlaqələrinin möhkəmlənməsində "Sülh korpusu" proqramı könüllülərinin xidmətlərindən danışıb. Doktorant Emin Əliyevin məruzəsində əsas diqqət Azərbaycanın iqtisadi modellərinin öyrənilməsinə ayrılıb.

Vaşinqton ştatı Universitetinin doktorantı Canin Mitçelin Avropa İttifaqının Xəzər regionu ilə bağlı enerji siyasətinin effektivliyi və regional inteqrasiyanın intensivləşdirilməsi baxımından Azərbaycanın əsas rolu barədə çıxışı böyük maraq doğurub. Qeyd etmək lazımdır ki, 2010-cu ildə Canin Mitçell AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində təcrübə keçib.

Seminarın sonunda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Canin Mitçelə ümummilli lider Heydər Əliyev adına mükafat təqdim edib. Bu il Montana ştatının Dövlət Universitetinin tələbələrinin layiq görüldükləri bu mükafat 2008-ci ildə Baş konsulluq tərəfindən Azərbaycanın və ümumilikdə Avrasiya regionunun öyrənilməsində fərqlənən amerikalı tələbələr üçün təsis edilib.

Baş konsul Elin Süleymanov və vitse-konsul Ramil Qurbanov Sietldə Amerika Yəhudi Komitəsinin nümayəndələrinin iştirakı ilə seminar da keçiriblər. Müzakirələr zamanı Azərbaycan rəhbərliyinin tolerantlıq ideyalarının dəstəklənməsində məqsədyönlü siyasəti, mədəniyyətlərarası dilaoqun intensivləşməsinə ölkənin töhfəsi barədə danışılıb.

Vaşinqton Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun konsul dairəsinə daxil olan Amerikanın qərb ştatlarından biridir.

Xəbər lenti

Xəbər lenti