...

Azərbaycanda müəllimlərin işə qəbulu üçün tələb olunan mərhələlərin sayı artırılıb

Cəmiyyət Materials 12 May 2011 16:58 (UTC +04:00)
Bundan sonra Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq.
Azərbaycanda müəllimlərin işə qəbulu üçün tələb olunan mərhələlərin sayı artırılıb

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İsabalayeva/

Bundan sonra Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq. Bunu çümə axşamı Trend-ə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev deyib.

Onun sözlərinə görə, birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək.

Daha sonra namizədlər test imtahanı verəcəklər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər.

Nəbiyev bildirib ki, indiyədək işə qəbul zamanı yalnız namizədlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilirdi və onlar test imtahanı verirdilər.

"Müsahibə isə keçirilmirdi. Amma təcrübə onu göstərdi ki, bu, müəyyən problemlər yaradır. Çünki namizədi görmədən, psixoloji vəziyyətini bilmədən onların məktəblərə göndərilməsi düzgün hesab olunmadı. Bu gün müsahibənin keçirilməsi düzgün və vacib bir addımdır", - Nəbiyev bildirib.

İdarə rəsmisi qeyd edib ki, müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılacaq.

İmtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunacaqlar.

Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin 60 faizinə cavab verərək keçid balını toplamalıdırlar.

Xəbər lenti

Xəbər lenti