Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəzi turizm şirkətlərinin turizm mövsümü ilə əlaqədar ali məktəblərə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı təklifini qəbul etməyib. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.
"Mən də onlara təklif edərdim ki, daxili turizmi inkişaf etdirmək üçün xidmətlərin keyfiyyəti yüksəldilməli, qiymətlər dəyişdirilməlidir. Xidmət və keyfiyyətə görə daxili turizmi daha tez inkişaf etdirmək mümkündür. Ona görə də, qəbul imtahanları ilə bağlı onların təkliflərini artıq hesab edirəm", - Abbaszadə vurğulayıb.
Azərbaycanın bəzi turizm şirkətləri qəbul imtahanları ilə turizm mövsümünün eyni dövrə təsadüf etməsini səbəb gətirərək, imtahanların vaxtının dəyişdirilməsini təklif ediblər. Bu halda qəbul imtahanlarına hazırlaşan abituriyentlər və onların valideynləri turizm xidmətlərindən faydalanmaqla istirahət edə bilərlər. Beləliklə də daxili turizmdən istifadə edən turistlərin sayı artmış olar.
TQDK sədri ali məktəblərə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi məsələsinə münasibət bildirib
Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəzi turizm şirkətlərinin turizm mövsümü ilə əlaqədar ali məktəblərə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı təklifini qəbul etməyib.