...

"Avroviziya 2011"-də Azərbaycanın qələbəsinin Bakıda qeyd olunması insidentsiz ötüşüb

Cəmiyyət Materials 15 May 2011 14:07 (UTC +04:00)
Ötən gecə Bakıda Azərbaycanın "Avroviziya 2011" müsabiqəsindəki qələbəsinin qeyd olunması zamanı heç bir hadisə baş verməyib
"Avroviziya 2011"-də Azərbaycanın qələbəsinin Bakıda qeyd olunması insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir K.Zərbalıyeva/

Ötən gecə Bakıda Azərbaycanın "Avroviziya 2011" müsabiqəsindəki qələbəsinin qeyd olunması zamanı heç bir hadisə baş verməyib. Bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov bildirib.

Avroviziya müsabiqəsinin nəticələri élan olunandan sonar Bakı küçələrində Azərbaycanın qələbəsi qeyd olunmağa başladı. Yüzlərlə Bakı sakini mərkəzi "Azadlıq" meydanına toplaşaraq "Azərbaycan, Azərbaycan!", "Eldar! Nigar" şüarları səsləndirib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Xəbər lenti

Xəbər lenti