...

Qafqazda sülhün təmin olunması həyati əhəmiyyət kəsb edir - QMİ sədri (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 May 2011 13:05 (UTC +04:00)
Qafqazda sülhün təmin olunması hər kəs üçün həyati əhəmiyyət kəsb edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu qənaətdədir.
Qafqazda sülhün təmin olunması həyati əhəmiyyət kəsb edir - QMİ sədri (ƏLAVƏ OLUNUB)

9-cu abzasdan sonra Paşazadənin çıxışının təfərrüatları və Çeçenistan müftisinin çıxışı əlavə olunub (ilk xəbər saat 12:35-də dərc olunub)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

Qafqazda sülhün təmin olunması hər kəs üçün həyati əhəmiyyət kəsb edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu qənaətdədir.

"Qafqaz Xalqları Ali Dini Şurasının Bakıdakı hazırkı iclası Qafqazda dini dialoq və əməkdaşlığın təmin olunmasında bizim uğurlarımızın göstəricisidir", - Trend-in məlumatına görə, bazar ertəsi Paşazadə iclasda bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dövlətlər və dinlər arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, Qafqaz xalqlarının əmin-amanlığına diqqətlə yanaşır.

"Biz din nümayəndələri, hesab edirik ki, Qafqazdakı bütün xalqların əmin-amanlığına aparan yeganə yol millətlərarası, dinlərarası qarşılıqlı anlaşma, əməkdaşlıq, dinc, yanaşı yaşamanın qorunub saxlanmasıdır", - Paşazadə bildirib.

Bazar ertəsi Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası öz işinə başlayıb.

İclasdan əvvəl tədbir iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

İclasda QMİ-nin Gürcüstan və Dağıstandakı səlahiyyətli nümayəndələri, Qafqazın bütün müftiləri iştirak edirlər.

Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb.

Şuraya Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə sədrlik edir.

Paşazadənin sözlərinə görə, Qafqaz Xalqları Ali Dini Şurasının yaradılması və onun fəaliyyəti dini strukturların fəaliyyətinin aktivləşməsinə yardım edib.

"Ali iclaslarda biz həmişə dövlətlərin təhlükəsizliyi üçün təhlükə törədən separatçı qüvvələrə münasibətdə vahid mövqe nümayiş etdirmişik. Əminik ki, ekstremistlərin, terrorçu qrupların dini zorakılıqla bağlı planlarının qarşısı dövlətlərin, ictimai təşkilatların və dini cəmiyyətlərin rəhbərlərinin birgə səyləri ilə alına bilər", - Paşazadə bildirib.

Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri Sultan Mirzəyev iclasda bildirib ki, Qafqazda əsas problem gənclərin radikal əhval-ruhiyyədə olmasıdır.

Onun sözlərinə görə, gənclərin dini-əxlaqi tərbiyəsi üçün bir sıra zəruri tədbirlərin görülməsi vacibdir. "Bu istiqamətdə daha fəal iş və tez-tez gənclərlə görüşlərin keçirilməsi vacibdir", - Mirzəyev deyib.

O, iclasın bütün iştirakçılarını Qafqazda sülhün və sabitliyin, yaradıcı fəaliyyətin qorunub saxlanmasına çağırıb. Onun sözlərinə görə, adi bəyanatlarla kifayətlənməyə dəyməz, hansısa real addımlar atmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti