...

Polşanın Sosial Sığorta Təşkilatının prezidenti Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 18 May 2011 12:11 (UTC +04:00)
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri, Polşanın Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyuk Azərbaycana səfər edəcək.
Polşanın Sosial Sığorta Təşkilatının prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 18 may /Trend/

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri, Polşanın Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyuk Azərbaycana səfər edəcək.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mayın 19-dan 22-dək davam edəcək səfər zamanı Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə bir sırada üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, Dövlət Sosial Müdafiə Fondu ilə Polşa Respublikasının Sosial Sığorta Təşkilatı arasında gələcək əməkdaşlığı nəzərdə tutan istiqamətlərlə bağlı müzakirələr aparılacaq.

Müzakirələr zamanı sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar, bu sferada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kadr potensialının inkişaf etdirilməsi, həmçinin Avropada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının gələcək pensiya təminatı məsələləri diqqət mərkəzində olacaq.

Səfər çərçivəsində nümayəndə heyətinin Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli şöbələrinin fəaliyyəti ilə tanışlığı, Azərbaycan Respublikasının bir sıra rəsmi orqanlarında görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti