...

Azərbaycanın rayonlarına dolu düşəcəyi gözlənilir

Cəmiyyət Materials 23 May 2011 12:27 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində isə əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarına dolu düşəcəyi gözlənilir

Azərbaycan, Bakı, 23 may /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Mayın 24-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti