Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət veriləcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, Şuranın vəzifələri sırasına məhkəmə hakimlərinin vəsiqələrinin nümunələrinin təsdiq edilməsi də daxil ediləcək.
Bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna, "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"yə müvafiq dəyişikliklər təklif olunub.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, Ali Məhkəmə və apelyasiya instansiyası məhkəmələri hakimlərinin xidməti vəsiqəsinin nümunəsi Milli Məclis tərəfindən təsdiq edilir, digər məhkəmələrin hakimlərinin xidməti vəsiqəsinin nümunəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.