...

TQDK ixtisas seçimi müddətini müəyyənləşdirib

Cəmiyyət Materials 27 May 2011 11:42 (UTC +04:00)
2011/2012 -ci tədris ilində abituriyentlər tərəfindən ixtisas seçimi Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının başa çatmasından sonra iyulun 24-dən avqustun 2-dək keçiriləcək.
TQDK ixtisas seçimi müddətini müəyyənləşdirib

Azərbaycan , Bakı , 27 may /Trend, müxbir Z.Əhmədova/

2011/2012 -ci tədris ilində abituriyentlər tərəfindən ixtisas seçimi Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının başa çatmasından sonra iyulun 24-dən avqustun 2-dək keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaydığı məlumatda deyilir.

İxtisas seçimi üzrə müsabiqəyə ən azı 250 bal toplayan birinci, ikinci və dördüncü ixtisas qruplarının və imtahanlarda 300 bal toplayan üçüncü qrupun abituriyentləri buraxılacaqlar. Bununla yanaşı, hər bir fənn üzrə nisbi bal 10-dan aşağı olmamalıdır.

TQDK-nın məlumatına görə, Azərbaycanın ali məktəblərinin ixtisaslarının tam siyahısı Dövlət Komissiyasının "Abituriyent" jurnalının üçüncü xüsusi buraxılışında dərc olunacaq.

Abituriyentlər iyunun 1-dən etibarən jurnalı əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti