Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yay mövsümündə meşələrdə baş verə biləcəyi ehtimal olunan yanğınların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb. Trend-in məlumatına görə, bunu cümə günü Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Onun sözlərinə görə, yay mövsümündə meşələrdə yanğınların baş verməsinin qarşısını almaq üçün hazırda əlaqədar işçilər üçün təlimlər keçirilir.
"Azərbaycanda meşələrin xüsusiyyəti elədir ki, güclü yanğınlar baş vermir. Yanğın hallarının 95 faizi insanların ehtiyatsız hərəkətləri nəticəsində baş verir. İstirahətə gedən insanlar, cobanlar və digərləri bir az ehtiyatlı olmalıdırlar. Yanğın baş verməsi üçün bir siqaret kötüyü bəsdir", - Bağırov deyib.
Nazir müvafiq qurumların yanğınların qarşısını almaq üçün göstərdikəri səyləri də yüksək qiymətləndirib.
Azərbaycan meşələrində yanğınların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməsinə başlanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yay mövsümündə meşələrdə baş verə biləcəyi ehtimal olunan yanğınların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb.
