...

Sabah bəzi rayonlara dolu düşəcəyi gözlənilir

Cəmiyyət Materials 1 İyun 2011 11:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 2-də respublikanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Sabah bəzi rayonlara dolu düşəcəyi gözlənilir

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Sabah respublikanın bəzi rayonlarına dolu düşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 2-də respublikanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülaylim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə təşkil edəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam tutqun olacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti