...

Azərbaycanın ekologiya naziri ətraf mühitə dəyən ziyana görə cərimələri ödəməyə çağırır

Cəmiyyət Materials 4 İyun 2011 12:39 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar qoyulan cərimələri ödəməyə çağırır.
Azərbaycanın ekologiya naziri ətraf mühitə dəyən ziyana görə cərimələri ödəməyə çağırır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar qoyulan cərimələri ödəməyə çağırır.

"Azərbaycanda altı milyon manat məbləğində cərimə tətbiq olunub, lakin onların ödənilməsi ilə bağlı problem mövcuddur", - Trend-in məlumatına görə, şənbə günü Bağırov jurnalistlərə bildirib.

2010-cu ildə fiziki və hüquqi şəxslər altı milyon manat məbləğində cərimə olunublar, bu məbləğin cəmi 1,2 milyon manatı ödənilib. Ötən il iki mindən çox akt və minə yaxın protokol tərtib olunub.

Onun sözlərinə görə, istehsalçılar kimi, istehlakçılar da onlar tərəfindən ətraf mühitə dəyən ziyana görə cərimələrin ödənilməsindən yayınmamalıdırlar. Nazir qeyd edib ki, ictimaiyyət bu problemə öz münasibətini dəyişməlidir.

Xəbər lenti

Xəbər lenti