...

Azərbaycanda dünya çempionatı yüksək səviyyədə təşkil ediləcək - FİFA prezidenti

Cəmiyyət Materials 6 İyun 2011 20:05 (UTC +04:00)
FİFA prezidenti Yozef Blatter əminliyini bildirib ki, Azərbaycanda 2012-ci ildə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı yüksək səviyyədə təşkil ediləcək.
Azərbaycanda dünya çempionatı yüksək səviyyədə təşkil ediləcək - FİFA prezidenti

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev/

FİFA prezidenti Yozef Blatter əminliyini bildirib ki, Azərbaycanda 2012-ci ildə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı yüksək səviyyədə təşkil ediləcək.

"Bu oyunların keçiriləcəyi arenalarla tanış olduq və söyləmək olar ki, çempionat yüksək səviyyədə keçiriləcək", - Trend-in məlumatına görə, Blatter bazar ertəsi jurnalistlərə bildirib.

2012-ci ildə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək. Dünya çempionatının oyunları sentyabrın 22-dən oktyabrın 10-dək keçiriləcək.

"Dalğa Arena" stadionunda süni qazonla bağlı FİFA prezidenti qeyd edib ki, oyun üçün ən yaxşı şərait futbol meydançasında təbii ot örtüyüdür. "Lakin bu və ya digər regionda təbii şərait otun becərilməsinə şərait yaratmırsa, keyfiyyətli süni qazon münasibdir. "Dalğa Arena"da örtük yüksək keyfiyyətli torfdandır", - Blatter əlavə edib.

FİFA prezidenti onu da vurğulayıb ki, Azərbaycan "Eurovision" mahnı müsabiqəsində qalib gəlib və ölkə gələn il Bakıda daha bir nüfuzlu müsabiqəni təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti