...

Azərbaycanda uşaqlara qarşı zorakılıq edən valideynlər valideynlik hüququndan məhrum edilə bilərlər

Cəmiyyət Materials 10 İyun 2011 11:52 (UTC +04:00)
Azərbaycanda övladlarına qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törədən şəxslər valideynlik hüququndan məhrum edilə bilərlər.Trend-in məlumatına görə, bu, Ailə Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
Azərbaycanda uşaqlara qarşı zorakılıq edən valideynlər valideynlik hüququndan məhrum edilə bilərlər

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda övladlarına qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törədən şəxslər valideynlik hüququndan məhrum edilə bilərlər. Trend-in məlumatına görə, bu, Ailə Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.

Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında məcəlləyə dəyişiklik müzakirə olunub və layihə parlamentin müzakirəsinə verilib.

Komitənin iclasında müzakirəyə çıxarılan "Əhalinin sağlamlığı haqqında" qanuna təklif olunan dəyişiklikdə isə məişət zorakılığından zərər çəkmişlərin dövlət səhiyyə sistemi müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunmaları nəzərdə tutulub.

Bu layihə də parlamentin müzakirəsinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti