...

Ali məktəblərə müsabiqədənkənar daxil olmaq üçün 80-dən çox abituriyent sənəd verib

Cəmiyyət Materials 10 İyun 2011 12:26 (UTC +04:00)
Ali məktəblərə müsabiqədənkənar daxil olmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təxminən 80 nəfər idman olimpiadasının qalibi müraciət edib.
Ali məktəblərə müsabiqədənkənar daxil olmaq üçün 80-dən çox abituriyent sənəd verib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ali məktəblərə müsabiqədənkənar daxil olmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təxminən 80 nəfər idman olimpiadasının qalibi müraciət edib. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbaut konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, müsabiqədənkənar qəbul üçün 1 nəfər biologiya fənni üzrə dünya fənn olimpiadasının qalibi sənəd verib.

"Həmin abituriyent istəsə ali məktəbə biologiya ixtisasası üzrə müsabiqədənkənar qəbul oluna bilər. Lakin o, tibb ixtisası üzrə qəbul olmaq, həm də ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyir", - Abbaszadə deyib.

TQDK sədri bildirib ki, incəsənət sahəsi üzrə də bir neçə nəfər müraciət edib. Hazırda onların sənədləri araşdırılır.

Abbaszadə onu da əlavə edib ki, bu il keçirilən sınaq imtahanlarında 77 min abituriyent iştirak edib. Onlardan 19 min nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak üçün sənəd təqdim etməyib. Sınaq imtahanlarında iştirak edən qalan abituriyentlər əsasən, bu ilin məzunlarıdır.

"Sınaq imtahanlarında abituriyentlərin bir hissəsi müsabiqədə iştirak üçün tələb olunan balı toplaya bilib. Sınaq imtahanında iştirak edən abituriyentin nəticəsi adətən, onun qəbul imtahnalarında topladığı nəticəyə uyğun olur. Türk liseylərinin müəyyən qədər məzunu TQDK-nın sınaq imtahanlarına gəlmirlər. Çünki onlara "Araz" hazırlıq kursuna getmələri barədə göstəriş verilib. Ona görə də onların nəticəsi TQDK-nın keçirdiyi sınaq imtahanlarının nəticələrində öz əksini tapmayıb. Biz yalnız təxmini deyə bilərik ki, qoyduğumuz həddi - hər qrupda 250 balı, III qrupda 300 balı kifayət qədər abituriyent toplayacaq", - TQDK sədri deyib.

Xəbər lenti

Xəbər lenti