...

Azərbaycan hökuməti sürücülük vəsiqələrinin qaytarılması haqqında əsasnaməyə dəyişiklik edib

Cəmiyyət Materials 10 İyun 2011 15:25 (UTC +04:00)
Azərbaycan hökuməti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edib.
Azərbaycan hökuməti sürücülük vəsiqələrinin qaytarılması haqqında əsasnaməyə dəyişiklik edib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərə uyğun olaraq, əsanaməyə də dəyişiklik edilib.

Dəyişikliyə görə, nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün qaytarılır.

Nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə isə sürücülük vəsiqəsi imtahansız, həmin müddət bitdiyi gün qaytarılır.

Dəyişikliklərdən öncə, nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış şəxslərin sürücülük vəsiqəsi bütün hallarda şəxs tibbi müayinədən keçdiyi və nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün qaytarılırdı.

Xəbər lenti

Xəbər lenti