...

Cəlilabadda açıq ürək əməliyyatlarının icrasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 20 İyun 2011 13:31 (UTC +04:00)
Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlanılıb
Cəlilabadda açıq ürək əməliyyatlarının icrasına başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə keçirilən növbəti humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası iyunun 20-dən Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarına başlayb. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ Sosial İnkişaf İdarəsi mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu bildirib.

Bölgədə ilk dəfə olaraq tətbiq olunan bu əməliyyatlar ümumilikdə 11 nəfəri əhatə edəcək ki, onların 8-i anadangəlmə ürək qüsurundan əziyyət çəkən, uzun illər müalicəsi aparılmayan xəstələrdir. Əməliyyatların icrasına MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tıbb elmləri namizədi Rəşad Mahmudov rəhbərlik edir. Əməliyyat olunacaq şəxslər arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar da var.

6 günlük aksiyanın proqramında Cəlilabad MDM-də "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" mövzusunda telekörpü ilə canlı konfrans da yer alır. İyunun 22-də regionlar üzrə ilk dəfə olaraq keçiriləcək tədbir Dövlət Neft Şirkəti və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ılə baş tutacaq. Bu möhtəşəm elmi-praktiki toplantıya xaricdən dəvət olunmuş tanınmış mütəxəssislər, həmçinin bütün regional Müalicə Diaqnostika Mərkəzlərinin və digər səhiyyə müəssisələrinin həkim-kardioloqları qatılacaqlar.

Konfransda ürək və damar xəstəliklərinin ayrı-ayrı aspektlərdən tədqiqinə dair müxtəlif maraqlı məruzələr təqdim olunacaq. Konfransın sədri, Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının və MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin (ÜDXM) rəhbəri Rəşad Mahmudovun bildirdiyinə görə, konfrans zamanı açıq ürək əməliyyatının həyata keçirildiyi əməliyyatxanadan görüntülər birbaşa zalda quraşdırılmış monitorlara ötürüləcək və konfrans iştirakçıları əməliyyatı icra edən cərrahlarla sual-cavab aparmaq imkanına malik olacaqlar. Bununla da regionlar üzrə ilk dəfə olaraq anadangəlmə ürək qüsurunun əməliyyatxanadan canlı tədrisi gerçəkləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti