...

Azərbaycanın Xəzərdəki adalarından turizm məqsədilə istifadə edilə bilər

Cəmiyyət Materials 23 İyun 2011 14:09 (UTC +04:00)
Xəzər dənizinin Azərbaycan sektorunda olan 30-a yaxın adanın 19-u turizm məqsədilə istifadə edilə bilər. Bunu cümə axşamı Trend-ə Bakı Dövlət Universitetinin Xəzər Elmi Mərkəzinin rəhbəri Çingiz İsmayılov deyib.
Azərbaycanın Xəzərdəki adalarından turizm məqsədilə istifadə edilə bilər

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.İsabalayeva/

Xəzər dənizinin Azərbaycan sektorunda olan 30-a yaxın adanın 19-u turizm məqsədilə istifadə edilə bilər. Bunu cümə axşamı Trend-ə Bakı Dövlət Universitetinin Xəzər Elmi Mərkəzinin rəhbəri Çingiz İsmayılov deyib.

O bildirib ki, həmin adalar Səngi-Muğan, Qala su, Butan, Çığıl, Daşlı, Zirə, Böyük Zirə, Daş Zirə, Çilov, Adsız, Kür daşı və s.-dir.

İsmayılovun sözlərinə görə, bu adaların çoxu istifadəsizdir və sahildən çox da uzaqda yerləşmir. Bu isə adalardan turizm məqsədilə istifadə etmək imkanlarını artırır.
Həmin adaları turizm məqsədilə istifadə etmək üçün əvvəlcə onlarla bağlı qiymətləndirmə işləri aparmaq lazımdır. Qiymətləndirmə nəticəsində 19 adanın hamısını olmasa da, onların arasından 5-6-sını məhz turizm məqsədilə istifadə üçün seçmək olar.

"Həmin adaların bəzilərində neft hasilatı ilə bağlı avadanlıqlar var. Bəzilərində keçmişdə hərbi obyektlər, radiolokasiya antenaları olub. Amma turizm məqsədilə istifadə etmək üçün bu adalar qiymətləndirilməli, ekoloji baxımdan dəyərləndirilməlidir", - İsmayılov əlavə edib.

Mərkəz rəhbəri hesab edir ki, bu adalar ekoloji gərgin zonadan uzaqda yerləşir.

"Çünki sahil zonaları quru və dəniz akvatoriyasında olan tullantıların toplandığı hissədir. Ada sahilləri belə deyil. Ada sahillərində çimmək dənizin quru sahilləri boyunca çimməkdən daha təhlükəsizdir", - İsmayılov qeyd edib.

Xəbər lenti

Xəbər lenti