...

Orta Doğu Texniki Universitetinin rəhbərliyi Azərbaycan Diplomatik Akademiyasında olub

Cəmiyyət Materials 23 İyun 2011 18:46 (UTC +04:00)
Orta Doğu (Yaxın Şərq) Texniki Universitetinin rektoru Əhməd Açar və onu mü şayiət edən heyət Azərbaycan Diplomatik Akademiyasına (ADA) səfər edib.
Orta Doğu Texniki Universitetinin rəhbərliyi Azərbaycan Diplomatik Akademiyasında olub

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Orta Doğu (Yaxın Şərq) Texniki Universitetinin rektoru Əhməd Açar və onu mü şayiət edən heyət Azərbaycan Diplomatik Akademiyasına (ADA) səfər edib.

ADA-dan Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Azərbaycanın xarici işlər nazirinin m üavini, akademiyanın rektoru Hafiz Paşayev qeyd edib ki, ADA qardaş Türkiyənin aparıcı təhsil ocaqlarından biri olan Orta Doğu Texniki Universiteti ilə əməkdaşlığını daha da dərinləşdirməkdə maraqlıdır. Hafiz Paşayev iki təhsil ocağının Azərbycan-Türkiyə münasibətləri üzrə birgə araşdırma apardığını, Orta Doğu Texniki Universiteti professorlarının ADA-da dərs dediyini xatırladıb. Eyni zamanda, rektor Hafiz Paşayev elmi, professor-müəllim və tələbələr səviyyəsində mübadilənin daha da genişlənməsi, araşdırma mərkəzlərinin ayrı-ayrı istiqamətlərdə birgə fəaliyyət göstərməsinin böyük fayda verə biləcəyini deyib.

Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Açar ADA-nın naliyyətlərindən məmnun qaldığını, təmsil etdiyi təhsil ocağının beynəlxalq münasibətlər, enerji və iqtisadi araşdırmalar, yaxın gələcəkdə isə dəqiq elmlər üzrə ADA ilə əməkdaşlığının böyük potensiala malik olduğunu deyib. Əhməd Açar 2012-ci ilin iyun ayında təhsil ocaqlarının keçirəcəyi birgə konfransı da əməkdaşlığa müsbət töhfə verəcək hadisə kimi qiymətləndirib.

Keçən il rektor Hafiz Paşayevin rəhbərliyi altında ADA-nın nüm ayəndə heyəti Orta Doğu Texniki Universitetinə səfər etmişdi.

Xəbər lenti

Xəbər lenti