...

Azərbaycanda 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 23 İyun 2011 23:06 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2010-2011-ci tədris ili üçün ölkədə tam orta təhsil səviyyəsi (11-ci sinif) üzrə buraxılış imtahanlarının nəticələrini cümə axşamı açıqlayıb.
Azərbaycanda 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi 2010-2011-ci tədris ili üçün ölkədə tam orta təhsil səviyyəsi (11-ci sinif) üzrə buraxılış imtahanlarının nəticələrini cümə axşamı açıqlayıb. Trend-in məlumatına görə imtahanın nəticələrini www.edu.gov.az saytında "İmtahan" bölməsində yerləşdirilib.

11-ci sinif şagirdləri üçün buraxılış imtahanları 17 iyunda keçirilib.

Şagirdlərin attestata yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında
müəyyənləşəcək.

2010-2011-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin
buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirəcək.

Xəbər lenti

Xəbər lenti