Azərbaycan, Bakı, 28 iyun /Trend/
FİFA 2014-cü ildə Azərbaycan və Ermənistan milli komandalarının bir qrupa düşməmələrinə dair qərar qəbul edib.
Trend-in məlumatına görə, FİFA 2 yığmanı DÇ-2014-də ayrı-ayrı qruplara salmağı məqsədəuyğun sayıb.
Rusiya və Gürcüstan yığmaları da həmin məsul yarışda bir qrupa düşməyəcək. FİFA bunu ölkələr arasında siyasi vəziyyətlə əlaqədar UEFA-nın xahişi əsasında qəbul edib.
UEFA FİFA-ya bu istəklə bağlı müraciət edən yeganə qitə qurumudur. DÇ-2014-ün final mərhələsi Braziliyada keçiriləcək. Bu turnirin seçmə mərhələsinin püşkü bu ilin iyulun 30-da Rio-de-Janeyroda atılacaq.
Azərbaycan və Ermənistan milli komandaları AÇ-2008-in seçmə mərhələsində bir qrupa düşsələr də, UEFA görüşlərin məkanını onlarla razılaşdıra bilmədiyindən, oyunları ləğv etdi.
FIFA Azərbaycan və Ermənistan futbol komandalarının taleyinə aydınlıq gətirib
FİFA 2014-cü ildə Azərbaycan və Ermənistan milli komandalarının bir qrupa düşməmələrinə dair qərar qəbul edib