...

Küveytli tələbələr Azərbaycana səfər edəcəklər

Cəmiyyət Materials 28 İyun 2011 15:12 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin ölkəmizin Küveytdəki səfirliyi ilə birlikdə "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda keçirdiyi inşa müsabiqəsinin nəticələri açıqlanıb.
Küveytli tələbələr Azərbaycana səfər edəcəklər

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyinin ölkəmizin Küveytdəki səfirliyi ilə birlikdə "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda keçirdiyi inşa müsabiqəsinin nəticələri açıqlanıb. Səfirlikdən Trend-ə verilən məlumata görə, Küveyt Dövlət Universitetinin tələbələri arasında böyük maraq oyadan müsabiqədə iştirak edən gənclərin ölkəmiz haqqında məlumat, fikir, şərhləri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən inşa yazıları qiymətləndirilib. Müsabiqədə xüsusi fərqlənən 7 inşa yazısının müəllifləri mükafatlandırılaraq Azərbaycana səfər etmək imkanı əldə ediblər. Bu səfərlə əlaqədar bütün xərclər Gənclər və İdman Nazirliyi tərəfindən ödəniləcək.

Müsabiqə qalibləri ölkəmizə səfər edərək qədim tariximiz, zəngin mədəniyyətimiz, füsunkar təbiətimizlə yaxından tanış olacaq, azərbaycanlı həmyaşıdları ilə dostluq qurmaq imkanı əldə edəcəklər.

Küveyt Dövlət Universitetinin rektoru Əbdüllətif Əl-Bədr bu səpkidə layihələrin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Mədəniyyəti Günlərinin, "Azərbaycan turizmi", "Müasir Azərbaycan fotoşəkillərdə", "Azərbaycan milli geyimləri", "Azərbaycan əl işləri" sərgilərinin ölkə ictimaiyyətində böyük maraq oyatdığını nəzərə çatdırıb. Rektor bu il Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun dəvəti ilə ölkəmizə səfər edəcəyini bildirib.

Universitetlərdəki yay tətilindən sonra səfirliyimizin təşəbbüsü ilə Küveytdəki universitetlərdə, o cümlədən Küveyt Dövlət Universitetində geniş auditoriya qarşısında ölkəmiz haqqında elmi mühazirələrin oxunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti