...

NATO baş katibinin müavini Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 28 İyun 2011 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

NATO baş katibinin meydana gələn çağırışlar üzrə müavini Qabor İklodi gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

NATO baş katibinin müavini ANAMA-NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə layihəsi olan "Saloğlu layihəsi"nin bağlanış mərasimində iştirak edəcək.

Saloğlu sovet ordusunun Cənubi Qafqazda ən iri hərbi bazası olub. 1991-ci ilin avqustunda bazada törədilən partlayış nəticəsində 138 anbar dağıdılıb. "Saloğlu layihəsi" 2005-ci ilin dekabrında start götürüb və bu günədək oradan 640 mindən artıq sursat tapılıb və zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti