...

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün bina tikiləcək

Cəmiyyət Materials 29 İyun 2011 14:10 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün yeni inzibati bina tikiləcək.
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün bina tikiləcək

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün yeni inzibati bina tikiləcək.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planınında (2011-2015-ci illər) qeyd olunub.

Tədbirlər Planında Komissiya üçün yeni inzibati binanın tikilməsinə bu il torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinə və Əmlak Məsələləri Dövlət Komissiyasına tapşırıq verilib.

Tədbirlər Planında 2011-2012-ci illərdə dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyasının layihəsinin hazırlanması, dövlət qulluğunun idarəedilməsi sisteminin təkmilləşdirilməsi barədə də tapşırıqlar verilib.

Sənəddə 2011-2015-ci illər ərzində dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi nəzərdə tutulur.

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsinin təmin edilməsi, qulluğa qəbul mexanizminin təkmilləşdirilməsi, dövlət qulluqçularının əlavə peşə təhsili sisteminin inkişaf etdirilməsi və dövlət qulluqçuları üçün ümumi kitabxananın yaradılması ilə bağlı təkliflərin hazırlanması da bu sahədə aparılacaq islahatların əsas istiqamətləri kimi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti