...

Azərbaycanda cəzaçəkmə müəssisələrinə yeni rəislər təyin olunub

Cəmiyyət Materials 30 İyun 2011 11:41 (UTC +04:00)
Azərbaycanda cəzaçəkmə müəssisələrinə yeni rəislər təyin olunub.
Azərbaycanda cəzaçəkmə müəssisələrinə yeni rəislər təyin olunub

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəzaçəkmə müəssisələrinə yeni rəislər təyin olunub.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmrləri ilə 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov 2 saylı müəssisəyə, 9 saylı müəssisənin rəis müavini Etibar Məmmədyarov isə 5 saylı müəssisəyə rəis təyin olunublar.

Nazirin digər əmri ilə Qobustan həbsxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Şahin Osmanov həbsxanaya rəis təyin olunub.

17 saylı müəssisənin rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini icra edir.

Xəbər lenti

Xəbər lenti