...

Abşeron çimərliklərində dəniz suyunun həftəsonu müşahidə ediləcək temperaturu açıqlanıb

Cəmiyyət Materials 1 İyul 2011 12:07 (UTC +04:00)
Həftəsonu Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Abşeron çimərliklərində dəniz suyunun həftəsonu müşahidə ediləcək temperaturu açıqlanıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir M.Əliyev/

Həftəsonu Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Bakıda və Abşeron yarımadasında iyulun 2-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir, güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 18-22 dərəcə isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti