...

Azərbaycan hökuməti Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə qaydalarını təsdiq edib

Cəmiyyət Materials 1 İyul 2011 12:47 (UTC +04:00)
Azərbaycan hökuməti "Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası"nı təsdiq edib.
Azərbaycan hökuməti Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə qaydalarını təsdiq edib

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası"nı təsdiq edib.

Trend-in Nazirlər Kabinetinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, qaydalarda qeyd olunur ki, xüsusi vəsaitdən miqrasiya orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur.

Xüsusi vəsait miqrasiya orqanları işçilərinin aylıq vəzifə maaşına əlavə olunmaqla ödənilir.

Sənəddə qeyd olunur ki, köçürmələr və bununla əlaqədar nəzarət Dövlət Miqrasiya Xidməti və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanır və müəyyən edilmiş müddətdə Maliyyə Nazirliyinə təqdim edilir.

Qaydalara görə, aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilir. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi məqsədi ilə hər ay üçün tam əlavə hesablanır.

Əlavənin hesablanması üçün miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi həmin ayda miqrasiya orqanları işçilərinin faktiki sayına bölünür.

Aylıq vəzifə maaşına əlavə işçinin aylıq əməkhaqqına daxil edilir. Miqrasiya orqanlarında qulluğuna xitam verilmiş, miqrasiya orqanlarının sərəncamında olan və vəzifəsindən müvəqqəti kənarlaşdırılmış işçilərin aylıq vəzifə maaşına əlavə onların hesabat ayında işlədiyi iş günlərinə uyğun olaraq ödənilir.

Aylıq vəzifə maaşına əlavə hesablanarkən, orta aylıq əməkhaqqı saxlanılan dövrdəki iş günləri nəzərə alınmır.

Xəbər lenti

Xəbər lenti