...

Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanma tarixi açıqlanıb

Cəmiyyət Materials 1 İyul 2011 17:05 (UTC +04:00)
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) ərizə qəbulunun başlanma tarixi müəyyənləşdirilib.
Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanma tarixi açıqlanıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) ərizə qəbulunun başlanma tarixi müəyyənləşdirilib. Bu barədə cümə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, sənəd qəbulu iyulun 5-dən başlayacaq və avqustun 10-dək davam edəcək.

Sənəd qəbulu internetlə aparılacaq.

TQDK orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun əvvəl iyunun 28-dən, daha sonra iyunun 30-dan başlayacağını bildirmişdi. Amma Nazirlər Kabineti qəbul planını təqdim etmədiyi üçün sənədlərin qəbulunun başlanma tarixi iki dəfə dəyişdirlib.

Xəbər lenti

Xəbər lenti