...

Azərbaycan hökuməti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Cəmiyyət Materials 1 İyul 2011 17:43 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti həqiqi hərbi xidmətə çağırış üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.
Azərbaycan hökuməti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycan Nazirlər Kabineti həqiqi hərbi xidmətə çağırış üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin internet saytının cümə günü yaydığı məlumata əsasən, 2011-ci il iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının sədri Azərbaycan hərbi komissarının müavini R.Məmmədov təsdiq olunub.

Dövlət Sərhəd Xidməti rəisinin müavini M.Abbasquliyev Komissiyanın sədr müavini, daxili işlər nazirinin müavini O.Zalov, səhiyyə nazirinin müavini A.Vəlibəyov, ədliyyə nazirinin müavini T.Musayev, AHİK sədrinin müavini A.Dadaşov (razılaşdırılmışdır) və Milli Məclisin deputatı S.Novruzov (razılaşdırılmışdır) Komissiyanın üzvləri təsdiq olunublar.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etmək tapşırılıb.

Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirliklərinə və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan vətəndaşlarının 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti