...

Azərbaycanda turizm xidmətlərinin qiymətləri 15-20 faiz aşağı düşüb-nazir

Cəmiyyət Materials 6 İyul 2011 11:27 (UTC +04:00)
Bu yay mövsümündə Azərbaycan turizm xidmətlərinin qiymətləri 15-20 faiz aşağı düşüb
Azərbaycanda turizm xidmətlərinin qiymətləri 15-20 faiz aşağı düşüb-nazir

Azərbaycan, Bakı, 6 iyul / Trend , müxbir M.Əliyev/

Bu yay mövsümündə Azərbaycan turizm xidmətlərinin qiymətləri 15-20 faiz aşağı düşüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Monitorinq keçirdik və onun nəticələri əsasında müəyyən olundu ki, yay mövsümündə turizm xidmətlərinin qiymətləri real olaraq, 15-20 faizi aşağı düşüb",-Qarayev söyləyib.

Nazir bildirib ki, bundan əlavə, bu ildən etibarən turizm şirkətləri öz xidmət paketlərinə qalmaq və qidalanmağı da əlavə ediblər. Qarayev hesab edir ki, bu, qiymət tənzimlənməsinə daha çox imkan verir.

Xəbər lenti

Xəbər lenti