...

III ixtisas qrupu üzrə imtahanlarda ən yüksək bal 695 olub

Cəmiyyət Materials 6 İyul 2011 14:36 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında ən yüksək bal 695 bal olub.
III ixtisas qrupu üzrə imtahanlarda ən yüksək bal 695 olub

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında ən yüksək bal 695 bal olub. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, imtahanda yalnız bir nəfər 695 bal toplaya bilib.
III qrup abituriyentləri arasında DT alt qrupu üzrə 690-700 bal toplayanların sayı 2, XH alt qrupu üzrə 3 nəfər olub. 600-dən yüksək bal toplayanların sayı isə DT alt qrupu üzrə 257, TXH alt qrupu üzrə 369 nəfərdir.

Azərbaycan ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 3-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 5-də açıqlanıb. III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 32 870 abituriyentdən 1 889 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 30 981 abituriyentdən 34 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən, 8981 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Xəbər lenti

Xəbər lenti